A

UNEC-də “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti elmi seminar keçirilib.

Seminar 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planından irəli gələn vəzifələri təmin etmək məqsədi ilə təşkil edilib.

Texnologiya və dizayn  fakültəsində keçirilən seminarda “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, dosent Ramin Qurbanov bildirib ki, ölkədə “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın islam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətinin, həm də islam dünyasının vəhdətinə verdiyi önəmin nümayişidir. Ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini vurğulayan R.Quliyev bunun islam dünyasında baş verən prosesləri müsbət yöndə nizamlayacağını qeyd edib.

“Beynəlxalq münasibətlər” kafedrasının dosenti Afət Seyidova “İslam incəsənəti XXI əsrdə: ənənə və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında dünyada islam həmrəyliyinin gücləndirilməsinin ölkəmizin xarici siyasət xəttinin prioritet məsələsi olduğunu qeyd edib, müstəqillik əldə etdikdən sonra ölkəmizin islam mədəniyyətinin öyrənilməsi və onun dünyada tanıdılması istiqamətində böyük addımlar atdığını bildirib.

Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR