Oktyabrın 18-də UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) növbəti elmi seminar keçirilib.
Seminarda İAETİ-nin böyük elmi işçisi Salman Nəcəfov “İqtisadi artımın stimullaşdırılması: Dünya təcrübəsi və Azərbaycan üçün örnəklər” mövzusunda təqdimatla çıxış edib. S.Nəcəfov məruzəsində makroiqtisadi siyasətdə yanaşmalar və müxtəlif ölkələrin bu sahədə təcrübəsi haqqında danışaraq, Azərbaycanın makroiqtisadi siyasətinə dair təkliflərlə çıxış edib. Dünya təcrübəsinə əsaslanaraq, ölkədə monetar siyasətin həyata keçirilməsində ÜDM boşluğunun nəzərə alınmasınının zəruriliyini vurğulayıb.
Ölkədə qeyri-neft sektorunda iqtisadi artım tempinin sürətlənməsi üçün əhalinin likvidliyə üstünlük vermə dərəcəsinin azalmasının zəruriliyi də qeyd olunub. Bildirilib ki, bu hədəfə səhiyyə və təhsil xidmətlərinin əlçatanlığını artırmaqla nail olmaq mümkündür. Bunun üçün təhsil və səhiyyə xərclərinin artırılması, icbari tibbi sığortanın və təhsil kreditləri sisteminin təkmilləşdirilməsi təklif olunub.
Seminarda səsələnidirilən təkliflərin əhəmiyyəti vurğulanıb, mövzu ilə bağlı suallar cavablandırılıb.