A

UNEC-də yeni yaradılan Xarici Ticarətə Dəstək Mərkəzinin “İxracın stimullaşdırılmasının dünya təcrübəsi: yanaşmalar və nəticələr” mövzusunda ilk dəyirmi masası keçiriləcək.

Xarici Ticarətə Dəstək Mərkəzinin “Beynəlxalq iqtisadiyyat” kafedrası ilə birlikdə təşkil edəcəkləri dəyirmi masanın məqsədi regionlar üzrə xarici bazarları öyrənmək, mal qrupları və qrupdaxili mal növləri bazarlarının ümumi tələblərini və bu bazarlarda formalaşan real və potensial alıcıların tədiyyə qabiliyyətli tələbini müəyyən etməkdir.

Mövzu ətrafında UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimləri Təhmasib ƏlizadəƏhliman AbbasovRövşən CamalovSeymur Əliyev və Elnur İsayev çıxış edəcəklər.

Dəyirmi masa iki gün – yanvarın 9-da və 10-da təşkil ediləcək. Tədbirin I günü məruzələr dinləniləcək, II günü isə gəlinən nəticələr açıqlanacaq. Dəyirmi masada iştirak etmək istəyənlər saat 11:00-da II tədris binasında 101-ci otağa yaxınlaşa bilərlər.

TOP XƏBƏRLƏR