A

UNEC-in professoru Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib.

Sankt-Peterburq Dövlət İqtisad Universitetində keçirilən IX beynəlxalq elmi praktik konfrans “Архитектура финансов: новые решения в условиях цифровой экономики” mövzusunda olub. UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqov konfransda “Maliyyə bazarları və Azərbaycanın müasir pul-kredit siyasəti” barədə çıxış edib. E.Sadıqovun çıxışını maraqla qarşılayan konfrans iştirakçıları Azərbaycanın pul kredit siyasətinin müasir dövrdə maliyyə problemləri çərçivəsində dayanıqlığını yüksək qiymətləndiriblər.

Almaniya, Belarus, Qazaxıstan, Estoniya, Bolqarıstan, Polşa və Finlandiya universitetlərinin nümayəndələri və maliyyə bank qurumlarının rəhbərlərinin iştirak etdiyi konfransda müasir dövrdə rəqəmsal iqtisadiyyatın maliyyə sistemində yarada biləcəyi problemlər, həmçinin bu sahənin inkşafına dair müxtəlif mövzular ətrafında dəyirmi masalar keçirilib. UNEC-in professoru dəyirmi masalarda təşkil olunan müzakirələrdə də fəal iştirak edib.

TOP XƏBƏRLƏR