A

UNEC-in Zaqatala filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubiley münasibətilə tələbələrin elmi-praktik konfransı keçirilib.

Konfrans ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dövlət himni səsləndirildikdən sonra filialın direktoru, professor Orucəli Rzayev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən danışıb. Dahi şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan söz açaraq, müstəqil Azərbaycanın bütün nailiyyətlərinin ulu öndərin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar.

Sonda tələbələrin ifasında şeirlər səsləndirilib, ulu öndərə həsr olunan film nümayiş etdirilib.

TOP XƏBƏRLƏR