UNEC-də ““Web of science” elmmetrik bazadan istifadənın əsasları” mövzusunda təlim keçirilib.
UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Tədqiqat universiteti: yeni çağırışlar kontekstində UNEC modeli” mövzusunda çıxış edib. “Clarivate Analytics”in (Thomson Reuters) Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov “Tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorların hər bir mərhələdə rolu” və “Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə “Elmi jurnalların yoxlanılması və keyfiyyət səviyyələrinin qaldırılması istiqamətində praktik tövsiyyələr” mövzusunda təlim keçiblər.