×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-1698818af00eccd782bc43009c25953b.php


A

UNEC-də “Kiçik və orta sahibkarlıq subyektləri üçün mühasibat uçotu” mövzusunda təlim keçirilib.

UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilir. S.Tanrıverdiyev bu çərçivədə daha 8 təlim də keçiriləcəyini bildirib.

Təlimdə UNEC-in Gənc Müəllimlər Şurasının üzvü, Maliyyə və mühasibat fakültəsinin dekan müavini Abdulkərim Sadıqov müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticəsi haqqında hesabat, maliyyə hesabatının keyfiyyət xüsusiyyətləri, elementləri və komponentləri, beynəlxalq standartları və müəssisənin uçot siyasəti haqqında gənc sahibkarlar qarşısında təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR