Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının iclası zamanı 2018-2019-cu tədris ili üçün “Nufuzlu elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşlarının mükafatlandırılması haqqında qaydalar”a dəyişikliklər təsdiq edilmişdir.
Yeni dəyişikliklərə əsasən çap edilən əsərlərdə müəlliflərin iş yerlərini göstərmələri ilə bağlı müəyyən edilmiş qaydalar dəqiqləşdirilmişdir. Dəyişikliklərə əsasən “Scopus” platformasında yerləşən elmi məruzələrə görə birdəfəlik mükafat nəzərədə tutulmuş və jurnalların kateqoriyalaşdırılmasında “Web of Science” və “Scopus” platformalarının müəyyən etdiyi “Q1,Q2,Q3,Q4” təsnifatı tətbiq edilmişdir.