×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Əmtəəşünaslıq fakültəsində “Müasir dövrdə istehlak mallarının təhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib.

“İstehlak mallarının ekspertizası” kafedrasının müdiri professor Əli Həsənov tədbiri açaraq, cari tədris ilində ilk dəyirmi masanın aktual məsələlərdən birinə həsr olunduğunu və belə tədbirlərin tələbələrdə təhsil aldıqları ixtisas haqqında daha dolğun məlumatlandırılmasına xidmət etdiyini vurğuladı.

Fakültə dekanı dosent Tofiq Osmanov müasir dövrdə istehlak mallarının, xüsusilə də ərzaq mallarının təhlükəsizlik göstəricilərinin ekspertizasının həm daxili bazarın formalaşmasında, həm də ixrac potensialının artırılmasında müstəsna rol oynadığını diqqətə çatdıraraq, son dövrlərdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasının da bu məqsədlərə qulluq etdiyini bildirdi.

“İstehlak mallarının ekspertizası” kafedrasının dosentləri Yeganə Cəfərova, Nazilə Alverdiyeva, müəllimi Kəmalə Mustafayeva, “Standartlaşdırma və sertifikasiya” kafedrasının dosenti İlham Seydəliyev məruzə ilə çıxış edərək, ətriyyat-kosmetika mallarının təhlükəsizlik göstəricilərindən, plastik kütlələrin yeni, bioloji və ekoloji cəhətdən təhlükəsiz növlərindən, “HASB” qida təhlükəsizliyi standartlarından, milli standartlaşdırma sisteminin və sertifikatlaşdırma qaydalarının müasir tələblərə uyğunlaşdırılması yollarından və s. bəhs etdilər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “İnteqrir mübarizə texnologiyaları” şöbəsinin baş elmi işçisi a.ü.f.d. Hikmət Nəsibov tədbirə dəvət aldığına görə təşəkkürünü bildirdi.

TOP XƏBƏRLƏR