UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Dövlət bayrağı - 100: suverenlik rəmzi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Kollecin direktoru, dosent Oruc Məmmədov tədbiri giriş sözü ilə açaraq dövlət bayrağını suvernlik rəmzi kimi xarakterizə edən amillərdən, üçrəgli bayrağın müasir Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsində Ümummilli lider Heydər Əliyevin rolundan, Dövlət bayrağı gününün təsis edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı barədə danışıb.
UNEC-in rektorunun kollec üzrə müşaviri, professor Nuru Mikayılov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş, 100 yaşlı üçrəngli bayrağın milli-mənəvi dəyərlərindən, gənc nəslin milli ruhda formalaşmasına təsirindən söz açıb.
Konfransda kollecin müəllimi Bayram Bilalov və tələbə Fidan Həsənli geniş məruzə ilə çıxış etmişlər. Sonda Azərbaycanın tarixi bayraqlarına dair videoçarx izlənmiş, Tələbə Gənclər Təşkilatının hazırladığı bədii hissəyə baxış olmuş, tədbirdə fərqlənmiş tələbələr sertifikatla təltif edilmişlər.
Konfrans bölmə iclaslarında öz işini davam etdirmişdir.