Dünyada geniş rəğbət qazanmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (Müəlliflər: Pol R. Kruqman, Moris Obstfeld və Mark C. Melitz), “Makroiqtisadiyyat” (Olivier Blanşardın) və “Mikroiqtisadiyyatın əsasları” (Karl E. Keys, Ray C. Feyr və Şaron E. Osterin) kitabları “BP-Azerbaijan” şirkətinin maliyyə dəstəyi ilə tərcümə və nəşr olunaraq UNEC 24/7 kitabxanasına təqdim edilmişdir.
Dünya elmi bestsellerləri sırasında olan bu kitablara UNEC 24/7 kitabxanasının oxucuları böyük maraq göstərirlər. Azərbaycan dilinə tərcümə olunmasında UNEC-in əməkdaşlarının aparıcı rol oynadığı “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” kitabı maraqla qarşılanıb. Nəfis tərtibat və yüksək keyfiyyətlə nəşr olunan kitabın tərcüməsinin elmi redaktoru UNEC-in Tədris və təlm texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayevdir. Dünyanın nüfuzlu universitetlərində iqtisad elmi üzrə istifadə olunan kitabda müəlliflər beynəlxalq ticarət mənbələri ilə bağlı ənənəvi fikir və müqayisəli təhlillər vasitəsilə miqyas iqtisadiyyatını ortaya qoyublar. Kitabda beynəlxalq iqtisadiyyat fənninin ən önəmli yenilikləri yer alıb.
Müəllim və tələbələrimiz bu kitablarla UNEC 24/7 kitabxanasında yaxından tanış ola bilərlər.