A

UNEC-in pedaqoji heyəti “Sahibkarlığın tədrisi və innovativ təlim üsulları” mövzusunda beynəlxalq təlimdə iştirak edib.

Təlim Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə İngiltərənin Newcastle Universitetinin Britaniya Şurasının dəstəyi ilə reallaşdırdığı “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsi çərçivəsində keçirilib. UNEC-in pilot universitet olaraq seçildiyi təlimdə “Biznes və menecment” fakültəsinin dekanı, dosent Mirağa Əhmədov, UNEC Biznes məktəbinin direktoru, dosent Nazim Hacıyev və “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasının müdiri Sevər Məmmədova iştirak edib. Böyük Britaniyanın Newcastle Universitetinin Biznes Məktəbinin təlimçisi Andrea Laneə 3 gün ərzində iştirakçılara innovativ təlim üsulları və alətləri barədə təlim keçib. İştirakçılar təlimdə əldə etdikləri bilik və təcrübəni universitetin müəllim və tələbə heyəti  ilə bölüşəcəklər.

Layihənin sonunda UNEC əməkdaşlarına beynəlxalq sertifikatlar təqdim olunub.

Layihə çərçivəsində 6 nəfərin bu ilin may ayında İngiltərənin Newcastle Universitetinin Biznes Məktəbinə təcrübə məqsədilə səfəri nəzərdə tutulub. Eyni zamanda fevral ayından tərəfdaş və bir çox digər universitetlərdə sahibkarlığın əhəmiyyəti və Britaniya Şurasının təqdim etdiyi onlayn ingilis dili kursları haqqında maarifləndirmə tədbirlərinə də start veriləcək.

TOP XƏBƏRLƏR