A

UNEC-də Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti və Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə “Как устроена экономика” (“İqtisadiyyat necə qurulub”) adlı kitabının təqdimatı keçirilib.

Departamentin direktoru, professor Zahid Məmmədov “Elm aylığı”nın keçirilməsinin əhəmiyyətindən söz açaraq, tədbirlər planı çərçivəsində keçirilən görüş və təqdimatların  elmi fəaliyyətin səmərəli təşkilində mühüm rol oynadığını bildirib.

Sonra UNEC-ın “İqtisadiyyat” (rus dilində)  kafedrasının müdiri, professor Müslüm İbrahimov kitab barədə təqdimatla çıxış edib. O, Kembric Universitetinin professoru Xa-Jun Çanqın müəllifi olduğu “İqtisadiyyat necə qurulub?” adlı kitab kitabın qısa məzmunu, əsas müddəaları, digər kitablardan fərqi barədə məlumat verib. Professor M.İbrahimov kitab müəllifi tərəfindən iqtisad elminin 9 məktəbinin konsepsiyalarının analizini də aparıb.

Elmi müzakirələrdə kitabın praktiki xarakter daşıdığı, real və  iqtisadi həyatı özündə əks etdirdiyi bildirilib. Kitabın iqtisadyönümlü müəllimlər üçün faydalı ola biləcəyi vurğulanaraq, tələbələrin ilkin iqtisadi biliklərə yiyələnmələrində önəmli olacağı qeyd olunub.

Professor-müəllim heyəti tərəfindən böyük maraqla dinlədikləri tədbir, müzaki­rələrlə davam edib. 

TOP XƏBƏRLƏR