"Elm aylığı" çərçivəsində UNEC-in Zaqatala filialında "Universitetlərin regionların sosial-iqtisadi inkişafında rolu: UNEC timsalında" mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada filialın direktoru professor Orucəli Rzayev "Elm aylığı"nın mahiyyəti, məqsədi və vəzifələri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, cari tədris ilində filialda elmi-tədqiqat fəaliyyəti sistemli və plana uyğun aparılır. Hazırda filialın əsas hədəflərindən biri bu təhsil müəsisəsini tədqiqat unversitetinə çevirməkdən ibarətdir. Sonra filialın tədqiqatçı müəllimlərinin və Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan tələbələrin fikirləri dinlənildi və qarşıda duran vəzifələr müəyyənləşdirildi.