×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, "İnvest-AZ İnvestisiya Şirkəti” QSC və UNEC-in Karyera Mərkəzinin birgə təşkilaltçılığı ilə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.

Karyera Mərkəzinin direktoru Ramil Cabbarov ölkədə qeyri-neft sektorunun inkişafının prioritet seçildiyinə diqqət çəkərək,  tələbələrə bu istiqamətdə daha çox bilik və bacarıqlara yiyələnmələrinin vacibliyini bildirib. O, keçirilən seminarın əhəmiyyətini vurğulayaraq, tələbələrə seminarda aktiv olmağı tövsiyə edib.

Sonra “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin baş mütəxəssisi Əli Hüseynli “Azərbaycan Maliyyə bazarları haqqında”, “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin tədris üzrə meneceri Rövşən Məmmədov isə “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda təqdimatla çıxış ediblər.

Seminarda tələbələrə maliyyə bazarları, o cümlədən birjanın növləri, iştirakçıları, birjada ticarətin motivləri haqqında məlumat verilib. Eyni zamanda maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, marjinal ticarət, kredit çiyni, metatrader 4 proqram təminatı, analitik təhlil üsulları barədə danışılıb.

Sonda tələbələrin sualları cavablandırılaraq, mövzular ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR