UNEC Dərnəklərə Nəzarət Təftiş Komissiyasının start verdiyi kafedra dərnəklərinin elmi seminarları start götürüb.
İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyətin "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının nəzdində “Yaşıl Dünya” elmi dərnəyi tərəfindən elmi seminar keçirilmişdir. Tədbirdə elmi seminarın məruzəçisi dos. İlqar Xəlilov Azərbaycan torpaqlarinin ekoloji problemləri mövzusunda çıxış etmişdir. “Yaşıl Dünya” dərnəyinin üzvləri ilə bərabər digər tələbələr də elmi seminarda iştirak ediblər.