×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

Azərbaycanda keçirilən Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində UNEC-də “Ali məktəb və qlobal böhran: universitetlər gələcəyin inkubatoru və strateji investisiyaların obyekti kimi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, Moskva Dövlət Humanitar-İqtisad Universitetinin (MDHİU) rektoru, professor Vaqif Bayramov, Moskva Dövlət Qida İstehsalı Universitetinin (MDQİU) rektoru, professor Mixail Balıxin, Tacikistan Dövlət Pedaqoji İnstitutun (TDPİ) rektoru, professor Ansori Muazzamxon və digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev tədbir iştirakçılarını universitetin rəhbərliyi adından salamlayaraq, dəyirmi masanın işinə uğurlar arzulayıb. Müzakirə olunacaq mövzuların tədrisin keyfiyyətinin artırılması baxımından əhəmiyyətli rol oynadığını qeyd edən prorektor A.Rzayev interaktiv təhsil mühitinin tələbələrin müəllim-tələbə münasibətinin formalaşmasına, mobilliyin artırılmasına, tələbələrin şəxsi keyfiyyətinin artırılmasına xidmət etdiyini bildirib. Təhsil sistemində yeni təlim texnologiyalarının tətbiqinin tədris prosesinin səmərəliliyini və keyfiyyətini yüksəldən əsas amillərdən olduğunu qeyd edib.

Dəyirmi masa “Təhsil mühitinin transformasiyası və böyük Avrasiya məkanında təhsilin rəqəmsallaşdırılması” və “İnteraktiv təhsil mühiti tələbələrin gözü ilə” mövzuları ətrafında keçirilib. Tədbirə UNEC-in “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının müdiri, akademik Əli Abbasov və Avrasiya Xalqları Assambleyasının baş katibinin müavini, professor Mixail Fyodorov moderatorluq ediblər.

Professor Mixail Fyodorov Avrasiya Xalqları Assambleyasının fəaliyyətindən söz açıb. Bildirib ki, assambleya Böyük Avrasiyaya daxil olan müxtəlif ölkələrdəki tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsinə, yeni işgüzar əlaqələrin yaradılmasına, təcrübə mübadiləsinə dair fəal işlər aparır. Avrasiya Xalqları Assambleyasının geniş dialoqa və qarşılıqlı fəaliyyətə açıq olduğunu deyən M.Fyodorov, burada müxtəlif ölkələrin alimlərinin elm və təhsil sahəsinin aktual problemlərinə aid təqdimatlarla çıxış etdiklərini bildirib.

Akademik Əli Abbasov qonaqları salamlayaraq, tədbirdə ali təhsil sahəsinə aid 2 aktual mövzunun müzakirə olunacağını diqqətə çatdırıb. UNEC-də son illərdə təhsilin rəqəmsallaşma və interaktiv təhsil mühitinin yaradılması istiqamətdə bir sıra yeniliklərin tətbiq olunduğunu deyən akademik, universitetdə tədrisin tamamilə elektronlaşdırıldığını və interaktiv təhsil mühitinin yaradıldığını deyib. Əli Abbasov iqtisadiyyatda informasiya texnologiyalarının tətbiqindən də söz açıb.

Tədbirdə MDHİU-nun rektoru, professor Vaqif Bayramov, MDQİU-nun rektoru, professor Mixail Balıxin, TDPİ-nin rektoru, professor Ansori Muazzamxon, Rusiyanın QJE Dövlət Universitetinin birinci prorektoru Viktor Nitceviç, SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva və digər təhsil nümayəndələri məruzələrlə çıxış edərək interaktiv təhsil sferasının inkişafı və təhsilin rəqəmsallaşmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.

Dəyirmi masada rəqəmsal cəmiyyətdə gənclərin təhsil və tərbiyəsinin humanistləşdirilməsi problemləri və həlli yolları, tələbə özünüidarəetməsində rəqəmsal texnologiyaların tətbiqində xarici təcrübə və digər mözvularda müzakirələr aparılıb.

Müzakirələrin sonunda Avrasiya Xalqları Assambleyasına təqdim olunması üçün ümumi inkişaf proqram layihəsi hazırlanıb.

TOP XƏBƏRLƏR