×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi” mövzusunda elmi seminar keçirilib.

Seminarda “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqov qiymətli kağızlar bazarının iqtisadiyyatın əsasını təşkil edən sahələrdən biri olduğunu vurğulayaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının əhəmiyyətindən söz açıb. Bildirib ki, sərəncam ölkədə qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsini, iqtisadi subyektlərə və əhaliyə təqdim olunan maliyyə xidmətlərinin daha da genişləndirilməsini təmin etmək məqsədi daşıyır.

Məruzədə qiymətli kağızlar bazarının digər maliyyə sektorları ilə müqayisədə əhatə dairəsinin genişliyi, zəngin investisiya imkanları və önəmli xüsusiyyətləri barədə məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıb.

TOP XƏBƏRLƏR