A

UNEC-də “Aktuarlar və sığorta vasitəçilərinin hazırlanması” mövzusuna həsr olunan elmi seminar keçirilib.

“Maliyyə və maliyyə institutları” ilə UNEC Sığorta Məktəbinin birgə keçirdiyi seminar sığorta bazarının müasir ehtiyaclarını qarşılamaq üçün sığorta sektorunda çalışan şəxslərin savadlılığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və müştəri məmnuniyyəti məqsədilə təşkil olunub.

Tədbirdə “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov sığorta bazarının Azərbaycanın milli iqtisadiyyatının inkişafında prioritet istiqamətlərindən biri olduğunu deyib. Professor ortamüddətli perspektivdə bu sahədə müxtəlif sığorta növlərinin artım tendensiyasının gözlənildiyini, həmçinin, bank kreditləşməsinin aktivləşdirilməsi, daşınmaz əmlakın və kənd təsərrüfatının sığortası hesabına mümkün olacağını vurğulayıb.

UNEC Sığorta Məktəbinin direktor müavini Orxan Həsənov sığorta sahəsindəki yeniliklərdən və beynəlxalq təcrübədən danışıb.

Seminarda iştirak edən “Azərsığorta” və “Qala” sığorta şirkətlərinin nümayəndələri isə sığorta sahəsində çalışanların peşəkarlıq bacarıqlarından və korporativ etikadan bəhs ediblər.

TOP XƏBƏRLƏR