A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində növbəti elmi seminar keçirilib.

Seminarda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Günay Quliyeva “Azərbaycanda inkişaf iqtisadiyyatının perspektivləri” mövzusunda çıxış edib.

Məruzəçi inkişaf iqtisadiyyatı nədir, onu ənənəvi iqtisadiyyatdan nə fərqləndirir kimi suallara aydınlıq gətirib. Bildirilib ki, əgər ənənəvi iqtisadiyyat daha çox istehsal amillərini, məhsuldarlığa təsir edən faktorları öyrənirsə, inkişaf iqtisadiyyatı cəmiyyətdə inkişafa təsir edən bütün amilləri, fərdlər arasında münasibətin iqtisadiyyata təsirini, institutların iqtisadi inkişafda rolunu və digər bu kimi məsələləri tədqiq edir. Artıq inkişaf yalnız iqtisadi artımla ölçülmür, ona daha yeni indikatorlar daxil edilib - xoşbəxtlik, gəlirin faydalılığı, məhsuldar məşğulluq, məmnuniyyət hissi və s. Günay Quliyeva, həmçinin ölkələrin inkişaf səviyyəsini müəyyənləşdirmək üçün dünya iqtisadi ədəbiyyatında Dünya Bankı yanaşması və həmin klassifikasiyaya görə dövlətlərin hansı qruplara ayrıldığı barədə məlumat verib.

Təqdimatdan sonra seminarda iştirak edən professor-müəllim heyətinin “ölkələr niyə fəqrli inkişafla üzləşir?”, “inkişafa təsir edən əsas amillər nələrdir?”, “inkişafın bərabərsizliyinin yaratdığı potensial problemlər hansılardır?” və mövzu ilə bağlı digər sualları ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR