×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Türkiyə Milli Təhsil Nazirliyi, Türkiyə Elmlər Akademiyası, İstanbul Universiteti, Muğla Sıtkı Kocaman Universiteti, “Aurel Vlaicu" University Of Arad (Rumıniya), Türkiyə İnformatika Assosiasiyası təşkilatçılı ilə “Gələcək təhsil və informatika: Data inqilabı” mövzusunda VIII beynəlxalq konfrans keçirilib.

Dünyanın bir çox ölkələrinin alimlərinin qatıldığı konfransda UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı, i.ü.f.d., dosent Gəray Musayev də iştirak edib.

Konfransın açılışındakı “Pandemiya təhsili necə dəyişdirir?” adlı paneldə dosent Gəray Musayev “Pandemiya və sonrakı dönəmdə Türkiyə və digər türkdilli respublikaların universitetləri arasında əməkdaşlıq istiqamətləri” mövzusunda çıxış edib. Pandemiya şəraitində distant təhsil, təhsilin və biliyin rəqəmsal mühitdə təqdim olunmasının əhəmiyyətindən danışan UNEC dosenti, bu istiqamətdə Türkiyə və türkdilli dövlətlərin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

TOP XƏBƏRLƏR