UNEC-in Maliyyə və mühasibat fakültəsində “Plastik qablaşdırma tullantılarının ətraf mühitə zərərinin azaldılması” mövzusunda onlayn seminar keçirilib.
Seminar ölkə Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan tələblər çərçivəsində keçirilib.
Tədbirdə “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti İlqar Xəlilov “Plastik qablaşdırma tullantılarının ətaf mühitə zərərinin azaldılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda plastik qablaşdırma məhsullarından kütləvi istifadənin ətraf mühitə, bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsiri, bu tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması üçün onların toplanılması, daşınması, utilizasiyası və təkrar emalı imkanları, alternativ qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsi, plastik qablaşdırma tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə görülən işlər barədə məlumatlar diqqətə çatdırılıb.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.