UNEC-in Maliyyə və mühasibat fakültəsində “Bank sisteminin kapitallaşdırılması və likvidliyinin təmin edilməsi” mövzusunda onlayn seminar keçirilib.
Seminar “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan tapşırıqların icrasını təmin etmək məqsədilə təşkil olunub.
Tədbirdə UNEC-in professoru Elnur Sadıqov “Bank sisteminin kapitallaşdırılması və likvidliyinin təmin edilməsi” mövzusunda təqdimatla çıxış edib. Universitetin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə bank sisteminin müasir vəziyyəti, onun funksionallığına təhlükə yaradan problemlər, inkişafı, kapitallaşdırılması, likvidliyinin təmin edilməsi üçün problemli aktivlərin idarəedilməsi barədə ətraflı məlumatlar təqdim olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.