A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Clarivate Analytics şirkətinin Azərbaycan nümayəndiliyinin qarşılıqlı əməkdaşlığı ilə “Web of Science elmi məlumat bazasından istifadə imkanları və yeni tətbiqlər” mövzusunda təlim keçirilib.

Təlimdə Clarivate Analytics şirkətinin eksperti Valeria Kurmakaeva tərəfindən Web of Science Core Collection bazası haqqında ilkin biliklər, Web of Science sistemindən qeydiyyatdan keçmək qaydası və InCites Journal Citation Reports, Master Journal List xidmətləri haqqında ətraflı məlumat verilib.

Təlimdə iqtisad elminin müvafiq istiqamətləri üzrə qruplaşdırılmış Web of Science və Scopus indeksli jurnalların siyahısı da iştirakçıların diqqətinə çatdırılıb.

TOP XƏBƏRLƏR