A

UNEC Qadınlar şurası və UNEC Zaqatala filialının birgə  təşkilatçılığı ilə “Azərbaycan Cənubi Qafqazda lider dövlətdir” mövzusunda onlayn konfrans keçirilib.

Konfransi giriş sözü ilə açan DQƏTM-in direktor müavini, UNEC Qadınlar şurasının sədri, dosent Təranə Kərimova ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində ölkəmizin dünyanın lider dövlətləri ilə bir sırada dayandığını bildirib. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiridiyini vurğulayan T.Kərimova, bu illər ərzində Azərbaycanda bütün sahələrdə sürətli inkişaf proseslərinin baş verdiyini diqqətə çatdırıb.

Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimova isə ölkə Prezidentinin rəhbərliyi ilə müzəffər ordumuzun uğurlu əməliyyatı nəticəsində ərazilərimizin işğaldan azad olunmasından və Qarabağın zəngin sərvətlərinin ölkəmizin yüksəlişinə xidmət edəcəyindən söz açıb.

Sonra Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev “Cənubi Qafqaz ölkələri arasında- Azərbaycanın iqtisadi gücü”, kafedra müdiri dosent Səfər Razıyev “Xalqın Prezidentlə birliyi vətən müharibəsindəki qələbənin rəhnidir”, filialın müəllimləri Xəzəngül Babayeva ”Qarabağ regionunda davamlı inkişafın milli modeli və strategiyası”, Qüdrət Qırtımov “Qarabağın regional turizm potensialı”, Camal Arıxov “Azərbaycanın keçmiş tarixi və bu günün zəfər tarixi”, Rəsul Makayev “Qarabağın iqtisadi potensialı”, Pərvanə İsmayılova “Cənubi Qafqaz regionunda turizm destinasiyası kimi Azərbaycanın özünəməxsusluğu” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın sonunda təkliflər səsləndirilib və suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR