UNEC-in Mühəndislik fakültəsındə “SCOPUS indeksli jurnallarda elmi məqalələrin çap edilməsi” mövzusunda təlim keçirilib.
Mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dosent Elçin Səmədov UNEC-in beynəlxalq reytinq sıralamasında mövqeyinin yaxşılaşdırılması məqsədilə universitet rəhbərliyi tərəfindən Tədbirlər Planının təqdisləndiyini diqqətə çatdırıb. Bildirib ki, tədbirlər planının icrasını təmin etmək məqsədilə professor-müəllim heyətinə SCOPUS elmi bazasında indeksləşən jurnallarda məqalələrin çap edilməsi qaydaları ilə bağlı təlimlər təşkil olunacaq.
Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, professor Zahid Məmmədov UNEC-in texniki və texnoloji ixtisaslar üzrə elmi jurnalının yaradılması və gələcəkdə həmin jurnalın SCOPUS bazasında indeksləşməsinin qarşıya qoyulan vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Sonra təlimçi, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının professoru Məhəmmədəli Nuriyev elmi tədqiqat işlərinin nəticələrinin tərtibatı, elmi məqalələrin strukturu, məqalədə istifadə olunan materiallar və metodlar, tədqiqatın nəticələri, onların müzakirəsi və s. haqqında iştirakçıları məlumatlandırıb.
Təqdimatdan sonra iştirakçıların sualları cavablandırılıb.