A

UNEC-də Elsevier B.V. şirkətinin təşkilatçılığı ilə “Scopus-elmi nəşrlərin axtarış üsulları” mövzusunda təlim keçirilib.

Mərkəzi Asiya və Azərbaycan üzrə məsləhətçisi Rabiga Xojamkulun keçdiyi təlimdə elmi istiqamətlərə uyğun jurnalların müəyyənləşdirilməsi, Scopus indeskli jurnalların metrik göstəriciləri və nəşr qaydaları haqqında geniş məlumat verib. Təlimin sonunda sertifikatların əldə olunması qaydası izah edilib.

Təlimdə 65 UNEC nümayəndəsi iştirak etmişdir.

Clarivate Analytics şirkəti tərəfindən keçirilən növbəti təlim isə “Elmi nəşrlərin keyfiyyəti: Web of Science və Anti-plagiat proqramı” mövzusunda olub. Clarivate Təhsil Proqramları şöbəsinin müdiri Valentin Bogorovun keçdiyi təlimdə “due diligence” elmi jurnalların seçilməsi və qiymətləndirilməsi, eləcə də antiplagiat  proqramının üstünlüklərindən bəhs olunub.

Clarivate Analytics şirkəti Web of Science haqqında aylıq təlimlər çərçivəsində beynəlxalq elmi jurnallarda məqalə nəşr etmək qaydaları, elmi fəaliyyət üçün Clarivate resurslarının əsas imkanları elmi analitika, Web of Science və InCites mövzusunda təlimlər təşkil edib.

TOP XƏBƏRLƏR