Rəqəmsal iqtisadiyyat fakültəsi və UNEC Dizayn məktəbinin birgə təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” və “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi”nə dair dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açanRəqəmsal iqtisadiyyat fakültəsinin dekan vəzifəsini icra edən dos. Elman Cəfərov ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlərin görüldüyünü diqqətə çatdırdı. Həyata keçirilən tədbirlər nəticəsində su təsərrüfatı sisteminin inkişafının sürətləndiyini, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.
BDU-nin Coğrafiya fakültəsinin, Fiziki coğrafiya kafedrasının dosenti, coğ.f.d. Şəfiqə Hümbətova “Su ehtiyatlarının idarə olunması, problemlər və həlli yolları” adlı məruzəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması tədbirlərindən söz açıb.
UNEC-in Ətraf mühitın mühafizəsı və iqtisadiyyatı kafedrasının baş müəllimi, coğ.f.d. Afaq Hacıyeva öz çıxışında “Dünyada su ehtiyatları və onların ekoloji vəziyyəti” mövzusunda çıxış edib. Hazırda dünya okeanının ekoloji vəziyyəti və antropogen amillər nəticəsində kütləvi olaraq sənaye, nəqliyyat, həm də məişət tullatılarının çay, dəniz və okeanlara atılması nəticəsində yaranmış vəziyyətdən bəhs edən məruzəçibərk məişət tullantılarının idarə edilməsinə dair konkret addımların görülməsi tövsiyə edib.
UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədovasudan qənaətli və səmərəli istifadəyə dair həyata keçirilən tədbirlər çərçivəsində marrifləndirici materialların hazırlanmalı olduğunu qeyd edərək, bu kimi tədbirlərin keçirilməyində su probleminə diqqət çəkmək, su itkilərinin qarşısının alınmasında ictimaiyyətin, gənclərin və uşaqların məlumatlandırılmasının vacibliyini bildirib.