UNEC Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsini davam edir.
Layihənin dördüncü sayında Vatikan Apostol Kitabxanasında Nizami Gəncəvi irsini araşdırılıb. Kitabxanada Nizami Gəncəvi irsinə dair ümumilikdə 16 çap əsərinin biblioqrafik yazısının mövcudluğu aşkar olunub.
Bu əsərlər Roma, London, Paris, Leyden, Praqa, Mumbay, Uppsala, Tehran, Nyu-York, Varşava, Vyana, Leypsiq və s. dünyanın müxtəlif şəhərlərində ingilis, fransız, alman, italyan, ərəb, fars, latın, polyak dillərində nəşr edilmiş və ya yazıya alınıb. Araşdırma zamanı məlum oldu ki, Vatikan Apostol Kitabxanasının kataloqunda təsvir edilən bir sıra əsərlərin nəşr tarixi qeyd edilməyib. Nizami irsinə dair nəşr tarixi məlum olan ən qədim nümunə şairin hekayətlərinin şərhindən ibarət 1802-ci ildə Almaniyanın Leypsiq şəhərində nəşr edilmiş əsərdir. Ehtimal olunur ki, elektron kataloqda qeyd edilməyən bir sıra nadir nüsxələr və əlyazma kitabları da kitabxanada qorunur.