A

Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan elmi seminar keçirilib.

Seminarda Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov tədbirin Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi” haqqında imzaladığı Sərəncama əsasən keçirildiyini bildirib. Professor V. Həsənov Aşıq Ələsgərin mədəniyyətimizə verdiyi misilsiz töhfələrdən də bəhs edib.

Humanitar fənlər kafedrasının dosenti Afaq Məmmədova “Aşıq Ələsgərin fəlsəfi yaradıcılığı” mövzusunda çıxış edərək, aşığın etik və estetik görüşlərinə nəzər yetirib. Aşıq Ələsgərin təcnis, gözəlləmə, gəraylılarında kainatın sirləri barədə suallar qoyduğunu, Quran ayələrini şeiriyyatla verdiyini qeyd edib. O, Aşıq Ələsgərin əslində sistematik filosof deyil, xalq müdrikliyinin nümayəndəsi olduğunu diqqətə çatdırıb.

Sonra Humanitar fənlər kafedrasının professoru Abbas Seyidov, dosent Yusif Fərzəliyev və digərləri Aşıq Ələsgərin həyat və yaradıcılığı barəsində çıxış ediblər.

TOP XƏBƏRLƏR