A

Web of Science bazasında Qarabağla bağlı həqiqəti əks etdirməyən məqalələr çoxluq təşkil edir

“Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsinin bu dəfəki sayında UNEC Kitabxana İnformasiya Mərkəzi Qarabağ mövzusunu Web of Science elmmetrik verilənlər bazasında araşdırıb.

Araşdırma nəticəsində Web of Science elmi platformasında indekslənən jurnallarda Qarabağ mövzusuna dair 331 elmi əsər müəyyən olunub. Bunların 255-i məqalə, 28-i kitab icmalı, 22-si konfrans materialı və s.-dir.  Elmi işlərin nəşr olunduğu dillər üzrə statistika isə belədir: ingilis dilində-257, rus-29, alman -29, fransız-9, ispan -7, türk dilində -7 məqalə  və s.

331 elmi əsərə 1156 məqalə müəllifləri tərəfindən 1533 dəfə istinad verilib. Öz-özünə istinad sayı 185, xalis istinad sayı 1348, H-indeksi 20-dir. Hər məqaləyə düşən orta istinad sayı isə 4.63-dür.

Web of Science bazasında nəşr tarixinə görə araşdırılan mövzuya dair ilk məqalə 1975-ci ildə “SSSR Elmlər Akademiyasının Məruzələri” adlı jurnalda nəşr olunan T.A. Həsənovun “New ultrabasıte shows in Somkhet Karabakh zone and theır tectonıc sıgnıfıcance” adlı məqaləsidir.

Mövzu üzrə ən çox məqalə (50) və ən çox istinad sayı (194) 2021-ci ilə aiddir.

Mövzuya dair ən çox istinad  (164) alan məqalə - King, C. The benefits of ethnic war - Understanding Eurasia's unrecognized states, Jul 2001, WORLD POLITICS 53 (4), p.524 

Web of Science INDEX göstəricilərinə əsasən 148 məqalə Social Sciences Citation Index (SSCI), 72 məqalə Emerging Sources Citation Index (ESCI),  61 məqalə Science Citation Index Expanded (SCI-EXPANDED), 47 məqalə Arts & Humanities Citation Index (A&HCI), 16 məqalə Conference Proceedings Citation Index – Social Science & Humanities (CPCI-SSH), 8 məqalə isə Conference Proceedings Citation Index – Science (CPCI-S) kateqoriyalarına aiddir.

Bazada mövcud olan məqalələr Osteuropa-15 məqalə, Europe Asia Studies -14, Iran And The Caucasus-8, Caucasus Survey-7, Eurasian Geography and Economics-6, Nationalities Papers The Journal Of Nationalısm And Ethnicity-6, Voprosy İstorii-6, Insight Turkey-5, Communist And Post Communist Studies-4, Journal of Peace Research-4, Middle Eastern Studies-4, Nato Science for Peace And Security Series E Human And Societal Dynamics-4, Revue D Etudes Comparatives Est Ouest-4, Security Dialogue-4, Southeast European and Black Sea Studies-4, Bilig-3, International Affairs-3 məqalə və s. jurnal və məcmuələrdə nəşr olunmuşdur.

Elmi istiqamətinə görə Qarabağ mövzusuna aid məqalələrin 96-sı siyasi elmlər, 64-ü beynəlxalq münasibətlər, 63-ü regionşünaslıq, 37-si tarix, 26-sı iqtisadiyyat, 18-i coğrafiya, 15-i multidissiplinar, 12-si etnik araşdırmalar, digərləri isə mədəniyyətşünaslıq, sosiologiya və s. elm sahələrinə aid elmi işlərdir.

Məqalə müəlliflərinin təmsil etdiyi qurumlara görə 331 məqalə içərisindən 23-ü bu quruma aid olmaqla, 1-ci yerdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi durur.

Qarabağ mövzusunda yazan tədqiqatçı müəlliflərin aid olduğu ölkələr üzrə bölgüdə sıralama belədir: ABŞ (58 məqalə), Ermənistan(51), Azərbaycan (44), Rusiya (36), İngiltərə (30), Fransa (22), Türkiyə (21), Almaniya (20), Nörveç (9), İran (8) və s.

Təəssüflə qeyd olunmalıdır ki, Qarabağ mövzusunda elmi araşdırmaların Web of Science nüfuzlu elmmetrik bazasında indekslənən jurnallarda nəşr olunma statistikasında qərəzli mövqeyi əks etdirən məqalələr çoxluq təşkil edir. Ümidvarıq ki, qısa müddətdə azərbaycanlı alimlərimiz tərəfindən araşdırılmış “Qarabağ” mövzusu ilə bağlı həqiqəti əks etdirən materialların beynəlxalq nəşrlərdə dərc edilməsi istiqamətində fəallıq artırılacaq.

 

TOP XƏBƏRLƏR