A

UNEC-in “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalına məqalə qəbulu davam edir. Müəlliflər linkindən qeydiyyat keçərək jurnalın şərtlərinə uyğun tərtib olunmuş və əsasən xarici tədqiqatçılar ilə həmmüəllif olduqları məqalələrini This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanlarına göndərə bilərlər.

Ədəbiyyat siyahısına nüfuzlu elmi bazalarda indeksləşən məqalə və məruzələrin daxil edilməsi məqsədəuyğundur. İstinad etmək üçün UNEC nümayəndələrinin nüfuzlu elmi bazalardakı məruzə və məqalələri:

ü  UNEC Google Scholar  

ü  UNEC Research Gate  

ü  UNEC The journal of Economic Sciences: Theory and Practice   

ü  UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri

ü  UNEC Web of Science 

ü  UNEC Scopus

Jurnal haqqında: “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı 1994-cü ildən  etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsisçiliyi ilə nəşr olunmaqdadır. Elmi nəşr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

Beynəlxalq Standart Seriya Nömrəsi "ISSN 2220-8739" olan jurnal 2012-ci ildən etibarən “The Journal of Economic Sciences: Theory and Practice” (JESTP) adı altında ingilis dilində ildə iki dəfə çap edilir. Dövri elmi nəşrin redaksiya heyətinin üzvləri yerli və xarici ölkələri təmsil edən iqtisadçılardan ibarətdir.

Jurnal EBSCO, EconLit, Google Scholar, Index Copernicus International, Turkish Education Index, ResearchBib, Scholar Steer, AcademicKeys, European Reference Index for the Humanities (ERIH), J-Gate, CiteFactor, Open Academic Journals Index, International Institute of Organized Research (O2OR), RootIndexing bazalarında indeksləşməkdədir və onun onlayn elektron arxivi mövcuddur.

 

TOP XƏBƏRLƏR