A

Elsevier nəşri olan Scopus və ya Web of Science indeksli jurnallarda xülasələrə uyğun məqalə dərc etdirmək üçün Journal Finder tətbiqi mövcuddur.

Bu tətbiqdə geniş axtarış parametləri vasitəsilə jurnalın nəşr növünü, impakt göstəricilərini, rəy və nəşr müddətini seçmək mümkündür. Elsevier Journal Finder tətbiqi tədqiqatçılara məqalələrin nəşri üçün düzgün jurnal seçməyə, birdən çox elmi istiqamət sahələrində çalışan müəlliflər üçün jurnalların müəyyən edilməsinə, xülasəyə uyğun Open-Access jurnalların təsbit olunmasına dəstək olur. Tətbiq haqqında geniş məlumatı video təlimatdan (https://www.youtube.com/watch?v=oiqu1cFgdWU)  əldə etmək mümkündür.

Belə ki, axtarış zamanı müəyyənləşdirdiyiniz jurnallar haqqında ətraflı məlumat almaq üçün www.scopus.com səhifəsinə istifadəçi adı və şifrənizlə daxil olaraq Mənbələr (источники, sources) düyməsini klikləyərək açılacaq səhifədə “mənbənin axtarışı” hissəsinə elmi nəşrin adını daxil edib, Axtarış düyməsini basırsınız və bu zaman jurnal haqqında geniş məlumat əldə etməklə yanaşı Mənbənin əsas səhifəsinə (Source Homepage) keçid edə bilirsiniz. (https://www.youtube.com/watch?v=Xvh5oOfLGsM )

 

TOP XƏBƏRLƏR