A

Elm festivalı çərçivəsində Ticarət və gömrük işinin təşkili kafedrası “Logistika sisteminin iqtisadi-təşkilatı problemlərinə metodiki yanaşmalar və onların xüsusiyyətləri” mövzusunda elmi seminar keçirib.

Seminarda Biznes və menecment fakültəsinin nəzdində fəaliyyət bütün kafedraların professor-müəllim heyəti iştirak edib.

Seminarda kafedra müdiri, əməkdar elm xadimi, professor Arif Şəkərəliyev mövzu ilə bağlı çıxış edib. Məruzədə müasir dövrdə milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, əlavə dəyər yaradan iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi, rəqabət qabiliyyətli və ixracyönlü istehsal sahələrinin inkişaf etdirilməsinin vacibliyindən danışılıb. Hazırda qarşıya qoyulan əsas vəzifələr sırasında ölkə iqtisadiyyatının inkişafının modelləşdirilməsi, sahələrin istehsal potensialından səmərəli istifadənin təmin olunması və ölkənin iqtisadiyyatının strukturunun diversifikasiyalaşdırılması daha çox əhəmiyyət kəsb etdiyi bildirlib.

Məruzənin sonunda prof.Arif Şəkərəliyev “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə kadr hazırlığı və onun gələcək inkişafı məsələlərini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminarda dos.M.M.Əkbərov, dos.İ.H.Vəliyeva və digərləri çıxış ediblər.

TOP XƏBƏRLƏR