“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasında Elm festivalı çərçivəsində “Qarabağa qayıdışın sosial-iqtisadi aspektləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Kafedranın müdiri professor Ümidvar Əliyev tədbirdə çıxış edərək, Qarabağın işğal öncəsi iqtisadiyyatı barədə iştirakçılara məlumat verib. İşğaldan azad olunan ərazilərdə sosial-iqtisadi infrastrukturun müasir tələbinə uyğun smart layihələr əsasında formalaşacağını, Qarabağa ilk qayıdışın Zəngilan rayonunun smart layihə əsasında tikilmiş Ağalı kəndində olacağını diqqətə çatdırıb.
Sonra dos. A.Mehtiyev Qarabağda sənayeləşməyə, dos. A. Məmmədov aqrar sektorun yeni prinsiplərlə inkişaf etdirilməsi, dos. S.Məmmədov regionun xüsusiyyəti nəzərə alınmaqla yüngül, yeyinti sənayesinin inkişafı, dos. A.Novruzova kadr potensialından istifadə, Ü.Rəsul ölkədə rəqabət mühitinin yaxşılaşdırılmasının Qarabağ iqtisadiyyatının bərpasında əhəmiyyəti barədə məruzələrlər çıxış ediblər.