UNEC-də Dünya Bankı, UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa müzakirələri keçirilib.
Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Michael, EU, UNDP, EBRD, ABD (Asiya İnkişaf Bankı), SECO kimi beynəlxalq təşkilatların nümayəndələri, Dünya Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, QHT nümayəndələri və digər qurumlardan dəvət olunan qonaqlar iştirak ediblər.
Görüşdə Dünya Bankının nümayəndələri iqtisadiyyat və istehsal kapitalı, insan kapitalı və təbii kapitalın inkişafı, yerli inkişafda prioritetlər, iqlim dəyişikliyinin fiziki təsirləri, aşağı emissiyalara doğru qlobal tendensiya, təbii və insan kapitalının yaradılması və yaşayış şəraitinin yaxşılaşdırılması, iqlim dəyişikliyi prioritetlərinin həlli mövzularında təqdimat ilə çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.