UNEC-də Türkiyənin Orta Şərq Texniki Universitetinin professoru Kürşat Çağıltay “Technology Enhanced Learning Projects” və Litvanın Vilnüs şəhərində yerləşən “Forrester Research Partner in Baltic countries and Belarus” şirkətinin idarəçi partnyoru Valeri Virkovski “Digitalization of İnternational Supply Chain: Trends and Modern Approaches” adlı məruzələrlə ilə çıxış ediblər.
UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsi, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrası və Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə kafedranın müəllim-professor heyəti, Naxçıvan Universiteti, ADNSU, Bakı Ali Neft Məktəbi, SDU, AzTU və Azərbaycan Universitetinin nümayəndələri və tələbələr iştirak ediblər.
İştirakçıların maraqla dinlədikləri təqdimatlardan sonra müzakirələr aparılıb. AMEA-nın Yüksək Texnologiyalar Parkının nəzdində “İnsan Kompüter Əlaqələri” adlı laboratoriyanın yaradılması və uyğun sahə üzrə mütəxəssislərinin müvafiq universitetlərdən cəlb olunması tövsiyə edilib.