UNEC Ömürboyu Təhsil Mərkəzinin Rəqəmsal Marketinq kursunun 2 aylıq proqramı uğurla yekunlaşdı.
Onlayn formada tədris olunan kursda 5 ekspert tərəfindən rəqəmsal marketinqin müxtəlif istiqamətlərinə aid praktiki bilikləri tədris olundu.
Kursda tədris olunan materialların daha yaxşı mənimsənilməsi məqsədilə kurs iştirakçılarına “workshop” təşkil olunub. “Workshop”da “Elseo.az” şirkətinin direktoru Elşən Cəfərov, “Kontakt Home” şirkətinin rəqəmsal marketinq komandasının rəhbəri Anar Heravasov və “Endorphine” reklam agentliyinin rəqəmsal komandasının rəhbəri Müşfiq Şirəliyev iştirakçılara müxtəlif istiqamətlər üzrə tapşırıqlar veriblər, onların suallarını cavablandırıblar.