A

Tələbə Elmi Klubunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan konfrans keçirilib.

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin və departament nəzdində fəaliyyət göstərən Tələbə Elmi Klubunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda Tələbə elmi-praktiki konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan ÜFTTD-in direktoru dosent Gülnarə Rzayeva ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına verdiyi töhfələrdən danışıb.

Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov, Xarici dillər kafedrasının müdiri professor Afət Abbasova, Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov, kafedranın professoru Nizami Süleymanov, dosent Hümeyrə Mustafayeva, tələbə-rektor Cabbar Cəlilov, UNEC TEC-in rəhbəri Nəzrin İbrahimli, tələbə Ayxan İsmayılzadə çıxış edərək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədəki ictimai-siyasi vəziyyətdən, onun elm və təhsilin inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən söz açıblar.

Sonra UNEC-in tələbələri Mələkxanım Əsgərli “Heydər Əliyev tarixi fenomen şəxsiyyətdir” və Nərgiz Hüseynova “Heydər Əliyevin təhsilə verdiyi töhfələr” adlı mövzuları ilə plenar iclasda çıxış ediblər.

Departament üzrə Tələbə Elmi Klubunun rəhbəri t.ü.f.d., Cəmilə Həsənovanın moderatorluğu ilə keçirilən konfrans “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm modeli”, “Qloballaşan dünyada mədəniyyətlərin və dillərin dialoqu” və “Heydər Əliyevin təhsilə verdiyi töhfələr” adlı üç bölmə iclası və panellərlə davam edib.

Konfransın sonunda panellərdə çıxış edən 110 tələbəyə sertifikatlar və tezislər toplusu təqdim olunub.

TOP XƏBƏRLƏR