A

UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən təşkil olunan israilli təlimçi İlana Vaiman Naftulin tərəfindən keçirilən “Təlimçilərin Təlimi -Soft Skills” təlimləri uğurla başa çatıb.

“Soft skills” təlimləri 4 müxtəlif modul – “Effektiv kommunikasiya” (Effective communication), “Vaxtın idarə edilməsi” (Time management), “Uğurlu komanda qurmaq” (Building a successful team) və “Problemlərin həlli metodları” (Problem solving methods) üzrə tədris edilmişdir. Təlimlər ölkəmizlə yanaşı, İsraildə də keçirilib.

Layihəni uğurla başa vuran iştirakçılar UNEC tələbələrinə 1 modul üzrə təlim keçiblər. UNEC əməkdaşları tərəfindən Təlimlər “Vaxtın idarə edilməsi” mövzusunda tədris edilən ilk təlimlər uğurla başa çatıb.

Təlimin son günündə iştirak edən UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli mərkəzin fəaliyyəti və keçirilən təlimlərin əhəmiyyətindən danışıb. O, “Vaxtın idarə edilməsi ” istiqamətində tədris olunan bilik və bacarıqların karyeranın inkişafındakı rolunu açıqlayıb. Təlimçilər Afaq Hüseyn, Rəşad Məhərrəmov, Könül Quliyeva və Günel Məmmədova “Yumşaq bacarıqlar”ın iş dünyasındakı önəmindən bəhs ediblər.

Sonra təlimləri uğurla başa vuran namizədlər UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən sertifikatla təltif olunublar.

TOP XƏBƏRLƏR