A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Mərmərə Universitetində bir həftəlik təcrübə mübadiləsi keçmək üçün İstanbul şəhərinə ezam olunublar.

Səfərin ilk günü UNEC nümayəndələri Mərmərə Universitetinin Kitabxana direktoru dr. Öndər Bayırla görüşüblər. Görüşdə hər iki universitet arasında kitabxana sahəsində qarşılıqlı əməkdaşlıq, birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Sonra UNEC-in nümayəndə heyəti Mərmərə Universitetinin kitabxanasının elektron xidmətləri, kataloqlaşdırma və təsnifat, rəqəmsallaşdırma, bibliometrik və elmmetrik tədqiqatlar, kitabxanalararası mübadilə, eləcə də restavrasiya və cildləmə prosesləri ilə tanış olublar.

Mübadilə proqramı noyabr ayının 19-dək davam edəcək. 

TOP XƏBƏRLƏR