A

21-24 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində “ANKOSLink 2022” beynəlxalq konfransı keçirilir.

Dünyanın müxtəlif ölkəsindən 500-dən çox kitabxana-informasiya mütəxəssisinin qatıldığı “Bilgiye Erişimde Eşitsizlik ve Sürdürülebilirlik” mövzusunda keçirilən beynəlxalq konfransda UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva da iştirak edir. 

Ankos başkanı İsmayıl Çetinkayanın açılış nitqi ilə başlayan konfransda müxtəlif panellərdə elm və təhsil resursları, verilənlər bazasının idarəedilməsi, qarşılıqlı birgə fəaliyyət, blokçeyn texnologiyaları, süni intellektin kitabxana işinə tətbiqi və yeni tendensiyalar, informasiya əldə etməkdə davamlılıq, davamlı rəqəmsal mühafizə, nəşriyyat sahəsindəki yeniliklər və kitabxanalarda yeni texnoloji həllərin tətbiqi kimi məsələlər müzakirə olunur.

Konfrans noyabr ayının 25-nə kimi davam edəcək. 

TOP XƏBƏRLƏR