UNEC-in Maliyyə və mühasibat fakültəsində “Müasir dövrdə rəqəmsal bank məhsulları bazarının inkişafı” mövzusunda elmi seminar keçirilib.
"Maliyyə və audit" kafedrasının müdiri professor Əvəz Ələkbərov pandemiyanın bank xidmətlərinin rəqəmsal sistemə transformasiyasını sürətləndirdiyini diqqətə çatdıraraq, bank sektorunun tamamilə rəqəmsallaşmasının, innovativ maliyyə xidmətlərinin təqdim edilməsinin əhəmiyyətindən bəhs edib.
Sonra kafedranın professoru Elnur Sadıqov rəqəmsal bankçılıq, onun üstünlükləri, bankların müasir texnoloji maliyyə vasitələrinə əlçatanlığının artırılması və bazara yeni rəqəmsal məhsulların təqdim edilməsi istiqamətindəki fəaliyyətindən danışıb. E.Sadıqov bu sahədə mövcud olan problemləri və onun həlli yollarını da açıqlayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.