UNEC-də "Karyera planlaşdırılması və inkişafı" kafedrası ilə Xanım Tədqiqatçılar Şurasının (XTŞ) birgə təşkilatçılığı ilə gənc müəllimlər üçün “Akademik yazı bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlimlərə başlanılıb.
Təlimlər Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, XTŞ-nin sədri Nərgiz Hacıyeva tərəfindən 4 modul və 16 saatlıq proqram üzrə onlayn aparılacaq.
Kafedranın rəhbərliyi və gənc müəllimlərin təşəbbüsü ilə keçirilən təlimlər elmi məqalənin yazılması, qiymətləndirilməsi, tədqiqat modelləri, strategiyaları və metodları, məqalənin strukturunun formalaşdırılması və yekun məqalə layihəsini əhatə edəcək.