×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC-in "Maliyyə və audit" kafedrasının təşkilatçılığı ilə “Maliyyə uçotu və vergi uçotunun fərqli xüsusiyyətlərinin təhlili” mövzusunda elmi seminar keçirilib.

Kafedranın müdiri, professor Əvəz Ələkbərovun rəhbərliyi ilə keçirilən seminarda Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, kafedranın professor-müəllim heyəti və doktorantlar iştirak ediblər.

Seminarda kafedranın müəllimi, “Mühasibat” ixtisasının rəhbəri Aynurə Hacıyeva “Maliyyə uçotu və vergi uçotunun fərqli xüsusiyyətlərinin təhlili” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi cari vergi öhdəliklərinin və vergi aktivlərinin tanınması, maliyyə uçotu ilə vergi uçotunun fərqli xüsusiyyətlərini yaradan səbəblər, təxirə salınmış vergi öhdəliklərinin və vergi aktivlərinin tanınması, vergitutmada xərclərin xarakteristikasının fərqlərə təsiri barədə məlumat verib. Həmçinin mövzu ilə əlaqədar elmi-tədqiqatların və dissertasiya araşdırmalarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Təqdimatdan sonra seminar iştirakçıları mövzu ilə bağlı müzakirələr aparıblar və təkliflər səsləndiriblər.

TOP XƏBƏRLƏR