A

UNEC rektoru professor Ədalət Muradov və Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyevanın həmmüəllifi olduqları “Qarabağ kontekstində əqli mülkiyyət hüquqlarının siyasiləşdirilməsi” (“Politicization of Intellectual Property Rights in the context of Karabakh”) adlı elmi məqalə Polşanın SCOPUS bazasında indekslənən "Strategic Review" jurnalında nəşr olunub.

Polşanın Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Varşava Universiteti və Adam Miçkeviç Universitetinin Siyasi elmlər və iqtisadiyyat məktəbinin birgə elmi nəşrində dərc olunan məqalədə 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağ münaqişəsi kontekstində əqli mülkiyyət hüquqlarının siyasiləşdirildiyi araşdırılıb. Mövzuda əsasən Qarabağın işğalı zamanı əqli mülkiyyət hüquqlarının siyasiləşmiş aspektləri, həm də İPR-nin düzgün tənzimlənməsi və həyata keçirilməsi ilə bağlı həm iqtisadi, həm də siyasi tendensiyalar təhlil edilir. Qarabağ münaqişəsi səbəbindən Azərbaycanın öz ərazisi üzərində nəzarətinin məhdudlaşdırılması ilə bağlı əqli mülkiyyət hüquqlarının pozulması, mal və xidmətlərin istismarı, eləcə də Qarabağın işğalı zamanı bu istiqamətdə Azərbaycanın qarşılaşdığı digər problemlərə hüquqi aydınlıq gətirilib.

ELMİ MƏQALƏYƏ KEÇİD

MƏQALƏ (PDF)

TOP XƏBƏRLƏR