UNEC-də Elm festivalı çərçivəsində “Texnoloji transfer ofislərinin universitet-sənaye iş birliyində rolu” mövzusunda professor-müəllim heyətinin iştirakı ilə elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri, professor Rövnəq Rzayev UNEC-də “Heydər Əliyev İli”nə həsr olunan “Elm festivalı” çərçivəsində keçiriləcək tədbirlərdən və onların elmi əhəmiyyətindən söz açıb.
Sonra Texnologiya transfer şöbəsinin müdiri Vəkil İbrahimov Texnologiya transfer mərkəzlərinin universitet-sənaye-biznes iş birliyindəki rolu barədə məlumat verib. Məruzəçi biliklərin texnologiyaya çevrilməsinin önəminə diqqət çəkərək, yeni tətbiq sahələrinin tapılması, iqtisadi proseslərdə istifadəsi və kommersiyalaşdırılmasının zəruriliyini vurğulayıb.
Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.