×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-26303bb5f8f5fe90ecc97b05874f8112.php


A

UNEC-də “Novruz mühazirələri” çərçivəsində"Almaniyada yaşayan məşhur azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev" movzusunda tədbir keçirilib.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) direktoru, əməkdar elm xadimi, professor Yadulla Həsənli Azərbaycanda riyaziyyat elminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və tanınmış riyaziyyatçı alimlərin ölkə elminin inkişafındakı rolundan danışıb

Sonra İAETİ-nin şöbə müdiri dos.Murad Bağırzadə "Almaniyada yaşayan məşhur azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev" mövzusunda təqdimatla çıxış edib. Məruzəçi məşhur riyaziyyatçı alim, professor Məsud Əfəndiyevin elmi fəaliyyətinin önəmli məqamlarını açıqlayıb. Alimin fəaliyyətinin Azərbaycan gəncləri üçün örnək rolunun parlaq səhifələrindən danışıb.

Tədbirin sonunda professor Məsud Əfəndiyevin uğurlarından bəhs edən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay