UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi və JoshuaTech komandasının rəhbəri Aşurbəy Məmmədzadə Naxçıvan Hakatonunda təqdim etdiyi “SpecDeaf” layihəsinin qalibi olub.
Layihə Hakaton SUP.VC ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə dəstəyilə keçirilib. Tədbir çərçivəsində iştirakçılar texnoloji bacarıqlarını maksimum səviyyədə nümayiş etdirib, mövcud problemlərin həlli üçün yorulmadan çalışmış və yenilikçi ideyalar irəli sürüblər. İki gün davam edən hakatonda iştirakçılar texnoloji problemlərə yaradıcı və innovativ həllər tapmaq üçün gərgin mübarizə aparıblar.
“SpecDeaf” – eşitmə məhdudiyyətli şəxslərin həyatını asanlaşdırmaq məqsədilə hazırlanmış innovativ həll olaraq, hakatonda xüsusi diqqət çəkmiş və ən yüksək mükafata layiq görülmüşdür.