A

UNEC-də 2025/2026-cı tədris ilin üçün Tələbə-rektor və tələbə təşkilatlarına sədr seçkilərinə start verilir.

Seçkidə aşağıda qeyd olunan tələb təşkilatları iştirak edəcək:

  • “Tələbə-rektor”,
  • “Tələbə Elmi Cəmiyyəti”,
  • “İqtisadçı Vətənpərvərlər Təşkilatı”,
  • “UNEC Könüllüləri Təşkilatı”,
  • “Rəqəmsal Könüllülər Təşkilatı”,
  • “UNEC Future Club”,
  • “Cross-Cultural Club” (“Beynəlxalq mədəniyyət klubu”),
  • UNEC İnnovativ Gənclər Təşkilatı,
  • "UNEC Diplomatiya Təşkilatı",
  • "UNEC Türk Dünyası Gənclər Təşkilatı" 

Müəyyən olunmuş tələblərə cavab verən tələbələr cari ilin 29 aprel-08 may tarixləri arasında namizədlik üçün elektron qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş namizədlər, bacarıqlarının qiymətləndirilməsi məqsədilə cari ilin 12 may-14 may tarixlərində ”Gənc İdarəçilər” imtahan - müsabiqəsində iştirak edəcəklər. İmtahandan uğurla keçən namizədlər üçün cari ilin 14 may-24 may tarixlərində təbliğat-təşviqat işlərinin təşkili, xüsusilə UNEC Radio, rəsmi sosial şəbəkələr və UNEC-in tədris binalarında yerləşən elan lövhələri açıq elan olunacaq.

Seçkilər 26 may 2025-ci il tarixində saat 08:00-18:00-dək tələbələrin şəxsi kabinetində onlayn səsvermə ilə təşkil olunacaq.

Əlavə məlumat üçün: (+994 12) 492-59-03 (daxili nömrə: 15-07)

QEYDİYYAT

Namizədlərə olan TƏLƏBLƏR

TOP XƏBƏRLƏR